Azərbaycanda internetdə problemlər yaranacaq

Media 14 Mart 2022 | 12:52
OXUNUB: 1578
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan internetini gözləyən risklər var.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspertin sözlərinə görə, bu risklər daha çox ölkəyə daxil olan magistral internet xətlərinin Rusiya ərazisindən keçən hissəsi ilə əlaqəlidir:

"Azərbaycana interneti iki magistral (backbone) operator, "Delta Telecom” və "AzerTelecom” gətirir. Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir. Araşdırmalar göstərir ki, "Delta Telecom” şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus "Rostelekom” telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xətləri vasitəsilə tranzit yolla daxil olur. Yeri gəlmişkən, "Rostelekom” da sanksiyalara məruz qalan qurumların siyahısına daxildir.

"AzerTelecom” şirkətinin Azərbaycana gətirdiyi internetin əsas hissəsi isə, Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xətlər vasitəsilə həyata keçirilir. Həmçinin internetin əsas hissəsi ilə yanaşı, rezerv trafiki də Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alınır. Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə ikinci dərəcəli rezerv əhəmiyyəti daşıyır”.

O.Gündüz deyib ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər "AzerTelecom” və onun trafiki üçün ciddi olmayacaq:

"”AzerTelecom” şirkəti tərəfindən Xəzərin dibi ilə Orta Asiya (Qazaxıstan və Türkmənistan marşrutları) istiqamətində də sualtı fiber optik magistralın (Trans Xəzər Fiber Optik Kabel Xətləri) çəkilişi də gələcəkdə AzNet-in dayanıqlılığı üçün mühüm əhəmiyyətə malikdir. Fikrimcə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Rusiya internetinin qlobal şəbəkədən ayrılacağı ilə bağlı Azərbaycan internetinin dayanıqlılığı üçün yarana biləcək risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır”.

Günay Rəsulqızı
Sera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man