Məşhur rəssamın oğlu özünü "McDonald's"ın qapısına qandalladı - İlginc etiraz aksiyasından FOTOLAR

Media 14 Mart 2022 | 11:40
OXUNUB: 862
Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq qlobal brendlərin ölkədə fəaliyyət göstərən mağazalarını bağlaması yerli əhalinin də etirazı ilə qarşılanıb.
 
Sfera.az bildirir ki, məşhur rus rəssamı Nikas Safronovun oğlu Luka Zatravkin də bu vəziyyətə etiraz edənlər sırasında yer alıb. Belə ki, Zatravkin özünü Moskvanın Puşkin meydanında yerləşən "McDonald's"ın qapılarına qandallayıb. 

"Bu mağazaların bağlanmasına ehtiyac yoxdur. Səbəb nələrdir? Bu, bütün ruslara qarşı düşmənçilikdir, zorakılıq aktıdır”, - deyə Luka bildirib. Polislər Zatravkinin etirazına müdaxilə edib, onu saxlayaraq mərkəzə aparıblar. 

Xatırladaq ki, ötən həftə "McDonald's”ın baş direktoru Kris Kempzinskin Ukraynadakı müharibə ilə əlaqədar Rusiyadakı 850 restoranı müvəqqəti bağlama qərarı vermişdi.

Günay Rəsulqızı
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man