"Vətəndaşlarımız niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?” - Razi Nurullayevdən etiraz

Media 14 Mart 2022 | 11:01
OXUNUB: 1184
"Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalara görə dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Maxaçqala yaxınlığında düşərgədə gözləməli olur”.
 
Sfera.az bildirir ki, bunu millət vəkili Razi Nurullayev deyib. O qeyd edib ki, pulu olanlar bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək:

"Kasıblıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb. Rusiyada iş yox, daha geri qayıdırlar, amma düşərgədə gözləməli olurlar. Nə çətinlik var axı burada? Göndər nümayəndəni, gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk”.

Deputat vətəndaşlarımızın düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsini düzgün hesab etmədiyini vurğulayıb: "Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?”

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man