Anlaşma Memorandumunun əsas MAHİYYƏTİ - Hansı iqtisadi yenilikləri özündə ehtiva edir?

Media 12 Mart 2022 | 14:29
OXUNUB: 1315
"Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına xidmət edərək regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək”. 
 
Bu sözləri Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumunun iqtisadi tərəflərini şərh edərkən Milli Məclisin deputatı Vüqar Bayramov Sfera.az-a açıqlamasında deyib. 
 
Deputat qeyd edib ki, memorandumun məqsədi Azərbaycanın əsas hissəsi ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

V. Bayramovun sözlərinə görə, yeni layihə regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür:
 
"Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional nəqliyyat infrastrukturunun əhəmiyyətini daha da artırır. Digər tərəfdən, bu nəqliyyat xəttinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Eyni zamanda, elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə yalnız Naxçıvana və qardaş Türkiyəyə deyil, daha geniş coğrafiyaya o cümlədən Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq”.  
 
Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man