Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiyini bildirib.
Maraqlıdır, sözügedən təkliflər nədən ibarət ola bilər?
Sfera.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov sülh paketində aşağıdakı məsələlərin ola biləcəyini deyib:
"Sülh paketində bunlar ola bilər:
1. Ermənistan Azərbaycanla demarkasiya-delimitasiyaya 70-ci illərin xəritəsi əsasında getməlidir.
2. Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımalıdır.
3. Nəqliyyat yolları açılmalı, Qərbi Zəngəzur dəhlizinə xüsusi status verilməlidir.
4. Qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün danışıqlara başlanılmalı və ya maddi təzminat ödənməlidir.
5. Ermənistan anklavları tərk etməlidir”, - deyə Z.Məmmədov qeyd edib.
Əzizə Zeynal