"Rusiya könüllülərə ehtiyac duyursa, deməli, işlər plan üzrə getmir" - Deputat

Media 11 Mart 2022 | 16:46
OXUNUB: 1624
"Böyük dövlətlər Ukraynanı da yavaş-yavaş Suriyaya çevirməyə başlayırlar – təkcə dağıtmaqla deyil, orada gedən döyüşlərə muzdluları və terrorçu ünsürləri cəlb etməklə də”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev deyib. Onun sözlərinə görə, böyük güclər terrorçu qruplaşmalardan həm bir-birilərinə, həm də ayrı-ayrı ölkələrə qarşı proksi kimi faydalanırlar:

"Ona görə də Qərbin ardından Rusiyanın da Yaxın Şərqdən Ukraynaya muzdlular gətirmək istəyi haqda xəbərə qətiyyən təəccüblənmədim. Sadəcə, Təhlükəsizlik Şuralarının toplantısında Suriyadan 16 min "könüllü"nün gətirilib Ukraynaya göndəriləcəyinin anonsunu verənlərin baş kəşfiyyatçısının bir açıqlaması yadıma düşdü. Xatırlayırsınızsa,  44 günlük savaş zamanı o,  Azərbaycanın Suriyadan Qarabağa guya iki mindən artıq muzdlu cəlb etdiyini bildirərək  bunun yolverilməzliyini deyirdi.  Halbuki onlar yaxşı bilirdilər ki, Qarabağa Suriyadan terrorçu cəlb edən məhz Ermənistandır. Maraqlıdır,  görəsən Rusiyanın Suriyadan gətirəcəyi o 16 min nəfərdən nə qədəri Qarabağda işğalçılarla çiyin-çiyinə vuruşub burunları əzilənlərdir?”.

Deputat qeyd edib ki, Rusiyanın Suriyadan gətiriləcək "könüllülər"ə ehtiyac duyması Ukraynada başlatdıqları "özəl əməliyyat"ın  heç də "plan üzrə" getmədiyindən xəbər verir.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man