Avropa Parlamentindən Azərbaycana qarşı növbəti qərəz: "Erməni “mədəni irsi"ni məhv etmək istəsəydik..." - Təhlil

Media 11 Mart 2022 | 16:26
OXUNUB: 1373
Erməni "mədəni irsi"ni məhv etmək istəsəydik, buna Bakıdakı Qriqorian kilsəsindən başlayardıq!
 
Özünü demokratiyanın və dünyəvi dəyərlərin beşiyi sayan Avropa hər zaman olduğu kimi, yenə də öz çirkin, saxta, ikiüzlü niyyətini göstərdi.
 
Belə ki, Avropa Parlamentində Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edilib. Parlamentdə qərarın 635 nəfər lehinə, 2 nəfər əleyhinə səs verib, 42 nəfər bitərəf qalıb.
 
Avropa bununla bir daha özünun əslində islamafob düşüncəyə hakim olduğunu xristian tərəfkeşliyini hər şeydən üstün tutduğunu göstərdi. Çünki verilən bu qərar faktiki olaraq Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir. 

Sual olunur ki, Azərbaycan Qarabağda hansı "mədəni irsi” məhv edir? 

Hər şeydən öncə bunu isbat etmək, dəlil, sübutla təqdim etmək lazımdır!
 
Digər tərəfdən, lap belə bir şey baş veribsə və Avropa parlamenti buna önəm verirsə, nə üçün 27 illik işğal dövründə dağıdılan Azərbaycan mədəni-dini irsi ilə bağlı da bənzər qətnamə qəbul etməyib? 
 
Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa Ermənistan parlamentində hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar absurd və yalandır. Demək olar ki, bütün ittihamlar ermənilərin illərdir dünyaya yaydığı və inandırmağa çalışdığı yalanlardır. 
 
Reallıq ondan ibarətdir ki, Ermənistan 27 illik işğal dövründə Qarabağda daş üstə daş qoymayıb. Şəhərləri, kəndləri, qəsəbələri dağıdıb. Azərbaycana məxsus 400-dən artıq tarixi-dini abidə məhv edilib. Onlardan 67-si məsciddir. 
 
Çoxəsrlik islam memarlığının ən gözəl nümunələri olan Azərbaycan məscidləri mal-qara üçün tövləyə çevrilib. Azərbaycan məscidlərində donuzların saxlanması isə təkcə Azərbaycana deyil deyil, bütün islam dünyasına yönələn təhqirdir. Bax, əsl vandalizm budur.
 
Ermənistan Qarabağda yox, öz ərazisində qalan tarixi abidələrimizi məhv etməyə, dəyişdirməyə də davam edir. Bu gün Ermənistanda Göy məscid xaric, demək olar ki, bütün Azərbaycan məscidləri dağıdılıb. Göy məscidin də dağıdılmama səbəbi onun guya fars memarlığına aid olmasıdır.
 
Azərbaycan erməni vandalizmini əyani sübutlar ilə dəfələrlə başda Avropa parlamenti olmaqla, dünyanın əksər təşkilatlarına təqdim edib. 44 günlük müharibə sonrası dünyanın müxtəlif ölkələrindən Qarabağa onlarla jurnalist, mədəniyyət xadimi, siyasi şəxslər dəvət edilib. Azərbaycanda fəaliyyət göstərən ölkələrin diplomatik nümayəndələrinin Qarabağa səfərləri təşkil edilib. Bu gün Qarabağa gələn istənilən şəxs burada erməni vandalizmi bütün çılpaqlığı ilə görə bilər. 
 
Görünür, Avropa parlamentinin heç Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzindəki müqəddəs Qriqorian erməni kilsəsindən xəbəri yoxdur. 1863-1869-cü illərdə inşa edilən kilsə bu günə qədər qorunub saxlanılır.
 
Sual yaranır ki, Azərbaycanın məqsədi erməni mədəni irsini məhv etməkdirsə, o zaman buna paytaxtındakı kilsədən niyə başlamır?
 
Avropa Parlamentinə gəldikdə isə deyə bilərəm ki, parlament hazırda Ermənistan parlamentində seçilmir. Erməni lobbisinin maliyyəsi hesabına seçilən deputatlardan erməni maraqlarını müdafiə etməkdən başqa nə isə gözləmək doğru deyil. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etdiyi bir zamanda parlamentin bir çox deputatı Avropa dəyərlərinə yox, erməni maraqlarına xidmət edən çıxışlar edirdi.
 
Bu gün də Avropa Parlamenti illərdir etdiyini edir erməni maraqlarını dünyəvi dəyərlərdən üstün tutur.  Bu riyakarlıq, ikiüzlülük, milli dini ayrı seçkilikdir. 
 
Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man