Rusiya Prokurorluğundan QƏRAR - Bu şirkətlərə nəzarət ediləcək

Media 11 Mart 2022 | 16:07
OXUNUB: 920
Rusiya Baş Prokurorluğu bu gün Ukraynaya hücumla əlaqədar ölkəni tərk etmək qərarına gələn xarici şirkətlərə nəzarəti artıracağını açıqlayıb.
 
Sfera.az xəbər verir ki, bununla əlaqədar Rusiya Baş Prokurorluğu tərəfindən açıqlama verilib.
 
"Prokurorlar əmək qanunvericiliyinə, o cümlədən əmək müqavilələrinin şərtlərinə, əməkhaqqının müəyyən edilməsi prosedurlarına və maaşların hesablanmasına əməl olunmasına ciddi nəzarət edəcəklər".
 
Qeyd edək ki, Ukrayna böhranı başlayandan bəri Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı sanksiyalarını artırıb və Rusiya prezidenti Vladimir Putinə, eləcə də onun yaxın ətrafına sanksiyalar tətbiq edərək Rusiya vətəndaşlarının və şirkətlərinin aktivlərini dondurub. 
 
Bundan əlavə, bir sıra maliyyə və kommersiya əməliyyatları, habelə Rusiyanın neft-qaz sektoruna qadağalar tətbiq edilib.
 
Əzizə Zeynal 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man