Rusiyanın ixracla bağlı qoyduğu qadağanın Azərbaycana TƏSİRİ: "Bahalaşma olacaq" - Ekspert

Media 11 Mart 2022 | 12:50
OXUNUB: 939
Rusiya Avropa İqtisadi Birliyinə daxil olan ölkələrdən başqa, digər ölkələrə 2022-ci ilin sonunadək texnologiya, kənd təsərrüfatı mallarını ixrac etməyəcəyini bildirib. Bunların içərisində tikinti məhsulları da var.

Maraqlıdır, bu qadağa gələcəkdə Azərbaycana da tətbiq edilə bilərmi? Rusiya tikinti materiallarını Azərbaycana ixrac etməsə, bu nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Rusiyanın ixracla bağlı məhdudiyyətinin başa düşülən olduğunu deyib. 

Mütəxəssis Azərbaycanda daxili iqtisadiyyatın gücləndirilməsinin lazım olduğunu vurulayıb:

"Azərbaycan tikinti mallarını daha çox Rusiya və Ukraynadan ixrac edir. Rusiyaya tətbiq olunan sanksiyalar onu çöküşə doğru aparır. Dolların qiymətinin dəyişməsi ilə istehsal müəssisələri zərərlə işləmək əvəzinə, gözləməyi üstün tutur. MDB ölkələri içərisində ən çox tikintinin getdiyi ölkə Azərbaycandır. Təkcə Bakıda minlərlə vaxtı bitmiş binalar var ki, onlar sökülüb yenilənməlidir. Tikinti materiallarının xaricdən gətirilməsi baha başa gəlir və son illər bu istiqamətdə onsuz da bahalaşma var idi. Bir il əvvəl taxtanın kubu 230-240 manat idi, indi isə bu qiymət 500 manata çatıb. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə də tikinti quruculuq işləri gedir. Bu işlərin həyata keçirilməsi tikinti məhsullarından çox asılıdır. Bu məhsullar nə qədər əlçatımlı olarsa, iş də sürətlə gedər, büdcə az ziyan görər. Belə vəziyyətdə qeyri-neft sektorunu, daxili iqtisadiyyatı gücləndirmək lazımdır ki, xaricdən asılılıq azalsın”. 

Ekspertin sözlərinə görə, tətbiq edilən sanksiyalar bahalaşma ilə nəticələnəcək. 

Müsahibimiz tikinti sektoruna marağın azalacağı qənaətində olduğunu da bildirib:

"Qonşu ölkələr içərisində bizə iqtisadiyyatı yaxın olan və məhsul gətirilməsi sərf edən əsas ölkə Rusiyadır. Türkiyə, yaxud Çindən hansısa məhsulun gətirilməsi yol xərcləri baxımından baha başa gələcək və bu bizə sərf etmir. Gömrük xərcləri Rusiya və Asiya ölkələri üçün eyni deyil. Bu baxımdan o ölkəyə tam alternativ ölkə yoxdur. Belə ki,  Rusiyada Tayqa meşələrinin ucu-bucağı yoxdur və taxta oradan gəlir, əksər ölkələr taxtanı Rusiyadan idxal edir. Eyni zamanda Rusiyada dəmir-filiz yataqları çoxdur deyə, bu tikinti məhsulları əksər ölkələrə Rusiyadan gedir. Bu səbəblə tikinti məhsullarının qiyməti artacaq. Eyni zamanda bahalaşma ilə tikinti sektoruna maraq azalacaq. İnsanlar qiymət artımına öyrəşməlidirlər. Müharibənin tez bitməsi təkcə Rusiya və Ukrayna üçün yox, həm də bu ölkələrlə iqtisadi bağlılığı olan ölkələr üçün mühümdür”. 

Əzizə Zeynal 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man