Türkiyəli müğənni Səda Sayan yeddinci dəfə evlənir.
Sfera.az bildirir ki, ifaçı özündən 25 yaş kiçik sevgilisi Çağlar Ötkenin təklifinə razılıq verib. Belə ki, gənc musiqiçi 14 fevralda Beyoğludakı Süreyya Terasda çıxış etdikdən sonra qəfildən cibindən üzük çıxararaq sənətçiyə evlilik təklifi edib. Şoka düşən Sayan qısa müddət sonra "bəli" cavabını verib. Məlumata görə, 59 yaşlı sənətçi evlilik hazırlıqlarına başlayıb.
Sayan ötən həftələrdə verdiyi müsahibədə, "Uşağımın atası istisna olmaqla, qalan evliliklərimi saymıram. Artıq evlənmək vaxtıdır. İndi birinin yanımda olmasını istəyirəm”, deyə söyləmişdi.
Qeyd edək ki, bu, ilk evliliyini 1987-ci ildə Rıdvan Kılıçla edən, sonuncu həyat yoldaşı Onur Şandan isə 2010-cu ildə boşanan müğənninin yeddinci evliliyi olacaq.
Türkan
Sfera.az