Rusiyada hökumət bəzi avadanlıq və məhsulların ixracına qadağa qoyub.
Sfera.az xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada 200-dən çox məhsulun ixracının 2022-ci ilin sonuna qədər müvəqqəti olaraq qadağan edildiyi bildirilib.
Açıqlamada deyilir ki, sözügedən məhsullara texnologiya, telekommunikasiya, tibb, avtomobil, kənd təsərrüfatı və elektrik avadanlıqları daxildir.
Dəmir yolu nəqliyyatı avadanlıqları, konteynerlər, turbinlər, metal və daş emalı maşınlarının da qadağalar çərçivəsində olduğuna diqqət çəkilərək, monitor, proyektor, konsol və panellərin ixracının da dayandırıldığı qeyd edilib.
İxrac qadağasının Avrasiya İqtisadi Birliyi ölkələrindən başqa bütün ölkələri əhatə etdiyi bildirilən açıqlamada Rusiyaya "dostcasına” addımların atıldığı ölkələrə taxta ixracının da müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 8-də hökumətin müəyyən etdiyi bəzi məhsulların və xammalın ixracına qadağa qoyulmasını əmr edib.
Əzizə Zeynal