"Humanitar dəhlizlə bağlı həll yolu tapılmalıdır" - Kuleba Lavrovla danışdı

Media 10 Mart 2022 | 16:29
OXUNUB: 1214
"Lavrovun tələbləri təslim siyahısına bənzəyir”.

Sfera.az bildirir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib. O, özünün problemin həlli üçün, lakin həmkarının qulaq asmağa gəldiyini vurğulayıb:

"Biz ölkədəki humanitar problemlərin həlli istiqamətində səylərimizi davam etdirəcəyik. Əgər həll yolu tapılarsa, yenidən bu formatda danışıqlar apara bilərik. Mən bu danışıqları Ukraynada müharibəyə, dinc əhalinin iztirablarına son qoymaq üçün davam etdirəcəm. Danışıqlar 1,5 saat davam etdi. Çavuşoğlu çox mühüm vasitəçi kimi çıxış edərək hər iki tərəfi danışdırmağa çalışdı. Mən bura öz vəzifələrimlə gəlmişəm. Mənim missiyam humanitar dəhliz yaratmaqdır”.

Nazir çıxışı zamanı Lavrovun Rusiya hakimiyyəti ilə bərabər humanitar dəhlizlə bağlı həll yolu tapa biləcəyinə ümid edib:

"Düşünürəm ki, Rusiya uşaqlarımızın dərmana ehtiyacı olduğunu düşünərək humanitar dəhliz açmaq üçün addım atacaq. Biz indi savaşı dayandıra bilmərik, çünki Ukrayna yalnız müdafiə mövqeyindədir, müharibəyə başlamamışıq. Bu gün etmək istədiyim son şey ümidi məhv etməkdir. Ölkəmizdə rus ordusu tərəfindən öldürülən çoxlu sayda insan var. Mən bunu nazir Lavrovla paylaşdım. Rusiya ordusu daxil olmamışdan əvvəl, bizim atom elektrik stansiyalarımız işləyirdi, heç bir problemimiz yox idi. Elektrik stansiyalarında əvvəllər heç bir qayda pozuntusu olmayıb. Rusiya ordusunun edə biləcəyi ən yaxşı şey geri çəkilmək, atom elektrik stansiyalarından uzaqlaşmaqdır”.

Günay Rəsulqızı
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man