İlham Əliyevin TÜRKİYƏ SƏFƏRİ - Liderlər bu mövzuları müzakirə edəcək - TƏHLİL

Media 10 Mart 2022 | 15:42
OXUNUB: 1152
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edib. Liderlərin bu gün görüşü planlaşdırılır. Son günlər dünyada və regionda baş verən hadisələr fonunda bu görüş olduqca vacibdir. 
 
Prezidentlər görüş zamanı bir çox məsələ ətrafında fikir mübadiləsi aparsa da, gündəlikdə duran 3 başlıca mövzu var: 

Birincisi, ölkə başçıları arasında müzakirə ediləcək mövzulardan biri şübhəsiz ki, mövcud Ukrayna-Rusiya müharibəsi olacaq. 

Müharibənin 15-ci günü olmasına baxmayaraq, Ukraynada sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylər nəticəsiz qalır. Əvvəlki yazılarda da qeyd etdiyim ki, rəsmi Bakı və Ankara tərəflərin uzlaşması istiqamətində vasitəçilik missiyası təklif edir. Prinsip etibarilə, həm Türkiyə, həm də Azərbaycan neytral ölkə olaraq iki ölkə başçısının və xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edə bilər. 
Yeri gəlmişkən, artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitri Kuleba arasında üçtərəfli görüş baş tutub. 
 
Bütün hallarda Azərbaycan və Türkiyə liderlərinin müzakirəsi Ukrayna münaqişəsinin həllinə töhfə baxımından vacibdir.

İkincisi, prezidentlərin görüşündə Zəngəzur dəhlizi və Türkiyə-Azərbaycan işbirliyinin nəticəsi olan TANAP və TAP-ın indiki şəraitdə əhəmiyyətinə dair müzakirələrin keçirilməsi gözlənilir. 

Məsələ ondadır ki, Ukrayna-Rusiya müharibəsi dünya neft və qaz bazarında qiymətlərin artmasına ciddi təsir edib. Xüsusilə də Avropanın enerji təminatı məsələsində alternativ ölkələrin əhəmiyyəti də artıb. Azərbaycan regionda ən etibarlı enerji təminatçısı olan ölkədir. Azərbaycanın icra etdiyi TANAP və TAP layihələrinin əhəmiyyəti onun  əhəmiyyətini də artırır.
 
Türkiyəyə gəldikdə isə rəsmi Ankara hazırda regionda enerji daşıyıcısı olmaq niyyətindir. Bu istiqamətdə Azərbaycanla əməkdaşlığa çox əhəmiyyət verir. 

Martın 9-da İsrail Prezidenti İshaq Hersoq ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşün gündəliyində enerji məsələləri olub. Hesab edirəm Azərbaycan Türkiyə və İsrail regionda ortaq enerji layihələri icra edə, bu yolla da Avropanın enerji təminatında söz sahibi ola bilərlər. 

Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında keçirilən görüşdə həm də İshaq Hersoqun təklifləri ətrafında müzakirələr aparıla bilər. 

Üçüncüsü, prezidentlər arasında əsas müzakirə mövzusu Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi, yaranan və yaranma ehtimalı olan regional təhdidlərə dair ortaq hərəkət prinsiplərinin müəyyən edilməsi ola bilər. 

Azərbaycanla Türkiyənin münasibətləri onsuz da hazırda strateji müttəfiqlikdən də üstündür. Şuşa Bəyannaməsi bu müttəfiqliyi təsdiq edən əsas sübutdur. Şuşa Bəyannaməsi həm də təkcə bəyannamə yox, hər iki ölkənin parlamentində təsdiqlənmiş qanundur. 

Şuşa Bəyannaməsinin imzalanmasından sonra baş verən son hadisələr Azərbaycan-Türkiyə əməkdaşlığının yeni səviyyəyə çatdırılmasını zəruri edir. Bu mənada Ərdoğan-Əliyev təmaslarında həmin məsələlər ətrafında yeni planların cızılması üçün müzakirələr aparıla bilər.  

Sonda onu qeyd edim ki, Zəngəzur dəhlizinin açılması hazırda bir zəruriyyətdir. Bu məsələni zəruriyyət halına salan əsas məsələ Azərbaycan-Türkiyə müttəfiqliyidir. İki ölkə arasında quru bağlantısının tam təmin edilməsi hazırda başlıca prioritet məsələdir. 

Nəticə etibarilə, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüş hər şeydən öncə hər hansı dövlətə qarşı deyil. Bu görüş bir çox, o cümlədən də hərbi sahədə əməkdaşlığı dərinləşdirəcək!

Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man