Məşhur futbolçu Almaniyaya qaçdı - Putin barədə elə sözlər dedi ki...

Media 10 Mart 2022 | 13:13
OXUNUB: 876
Bir zamanlar "Liverpul"un əfsanəvi futbolçusu olmuş Andriy Voronin Rusiyanı tərk edib. 
 
Sfera.az bildirir ki, buna səbəb ukraynalı məşqçinin Putin haqqında sərt açıqlamalar verməsi olub. Məlumata görə, Moskva "Dinamo”sunda baş məşqçinin köməkçisi olan Voronin Almaniyaya qaçıb. Onun Putin haqqında dedikləri isə gündəm olub.

Belə ki, Andriy Almaniyanın "Bild” nəşrinə danışıb. O, "Putin bir məxluqdur. Dünya bu canlını dayandırmalıdır. Ölkəmizə kömək edin, hamımız üçün ağırdır. Biz dünya müharibəsində deyilik, 2022-ci ildəyik.  Putini dayandırın və  həyatımıza geri qayıdaq”, - deyə söyləyib.

Qeyd edək ki, Andrey Voronin ötən həftə Rusiyanın "Dinamo" (Moskva) klubundan ayrılıb. 43 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Voronin 2020-ci ilin oktyabrından məşqçilər korpusunda yer alıb. Keçmiş hücumçu daha əvvəl 2010 - 2014-cü illərdə paytaxt klubunun formasını geyinib.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man