Azərbaycanın bu kəndində qızlar təhsil ala bilmir - "5 min manat kifayətdir ki..."

Media 10 Mart 2022 | 13:03
OXUNUB: 1087
Təhsil eksperti Kamran Əsədov Lerik rayonunun Dico kəndində yerləşən ibtidai məktəb binasının acınacaqlı vəziyyətindən söz açıb.
 
Sfera.az bildirir ki, ekspert sözügedən məktəbin 2 şagirdi, 1 müəllimi olduğunu deyib. Əsədov qeyd edib ki, burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz:

"Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar. Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur. Bəli, kənd balaca yerdir, amma bu məktəbi bərbad olan və 13 evlik kəndin II Qarabağ müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub. Mən utandım. 2 otaqlı bir normal, 10 metrlik tikili maksimum 5 min manata başa gələr. Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayırsın”.

Qeyd edək ki, məktəbin uzunluğu 5, eni isə 3 metrdir. Həmin məktəblə bağlı bir neçə dəfə mətbuatda yazılar dərc edilib.

Günay Rəsulqızı
Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man