Putinin bu planı gerçəkləşməsə, sülhə gedəcək – Bir həftə sonra nə gözlənilir?

Media 10 Mart 2022 | 12:49
OXUNUB: 1404
"Putin yaxın günlərdə strateji böyük şəhərləri tuta bilməsə, sülhə gedəcək”. 

Bunu politoloq Natiq Miri Sfera.az-a açıqlamasında deyib.

Ekspert bu gün Türkiyədə keçirilən Ukrayna və Rusiya XİN başçılarının görüşünü dəyərləndirib:

"Rusiyanın hücumlarının qarşısını ala biləcək və regionda təhlükəsizliyi təmin edə biləcək dövlət Türkiyədir. Ona görə ki, Türkiyə sözün əsl mənasında Qara dəniz ekvatoriyasında böyük müharibənin çıxmasının əleyhinədir. Çünki məsələ Rusiya-Ukrayna çərçivəsindən çıxıb daha böyük dairəyə daxil olur. Hətta bu məsələnin içərisində Türkiyə və Rusiyanı da qarşı-qarşıya qoymaq cəhdləri var. Bunu Rusiya və Türkiyə dövlətləri də bilir”. 

Politoloq Rusiya və Ukrayna dövlət başçılarının da görüşünün Türkiyədə keçirilə biləcəyini deyib:

"Rusiyanın ildırımsürətli müharibə planı ilə Ukraynanı tamamilə işğal etmək istəyi gerçəkləşmədi. Belə olan halda düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putinin ən böyük şansı danışıqlarda Türkiyənin təşəbbüskar olmağıdır. Sözün əsl mənasında bu məsələdə heç bir geosiyasi marağı olmayan ölkə Türkiyədir. Türkiyənin təşəbbüsü ilə keçirilən görüş tərəflərin sülhə nail olması ilə nəticələnə bilər, çünki Ukrayna da, Rusiya da Türkiyəyə dost dövlətlərdir. Əgər danışıqlarda konkret qərarlar verilsə, sülhə nail olmaq mümkün olar. XİN rəhbərləri razılığa gəlsə, iki dövlət başçısının da Türkiyədə görüşü keçirilə bilər”. 

Əzizə Zeynal 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man