Rusiyada bir ədəd hamburger 150 dollara satılır

Media 10 Mart 2022 | 12:15
OXUNUB: 671
"McDonald's”ın baş direktoru Kris Kempzinskinin Ukraynadakı müharibə ilə əlaqədar Rusiyadakı 850 restoranı müvəqqəti bağlama qərarından sonra ölkədə maraqlı hadisələr yaşanıb.

Sfera.az bildirir ki, bəzi "McDonald's” restoranlarında növbələr yaranıb, ikinci əl məhsulların satıldığı internet saytlarında şirkətə məxsus hamburger və bəzi digər qidalar baha qiymətə satışa çıxarılıb. Belə ki, hamburgerlərin qiyməti 150 dollara qədər qalxıb. Şirkət tərəfindən hədiyyə olaraq paylanan şüşələr də öz saytında 50 dollara satışa çıxarılıb. Bəzi elanların saytlardan sürətlə silinməsi isə diqqət çəkib.

"McDonald's”ın Rusiyadakı restoranlarını bağlamaq qərarı barədə danışan Yekaterina adlı vətəndaş sözügedən qərarı anlamadığını və bunda heç bir məntiq tapa bilmədiyini söyləyib. Buna görə kədərləndiyini bildirən Anna adlı qız isə "Dərsdən sonra həmişə McDonald's-da oturub söhbət edir, yemək yeyirik. İndi harda oturacağımızı bilmirik. Hər yer çox bahadır" deyib. İqtisadi sanksiyaları başa düşən Yuliya da "Adi insanlar üçün məkanın bağlı olması çox pisdir. Bura insanların tez-tez vaxt keçirdikləri yerdir”, - deyə əlavə edib.

Oleq adlı rusiyalı isə qərara görə çox da üzülmədiyini bildirib:

"Bağlanmasına çox sevinmirik, amma buna üzülməyə də ehtiyac yoxdur. Çünki əsl vətənpərvər ölkəsini yeməyə dəyişməz. Bağlanmaq qərarı bizim deyil, beynəlxalq şirkətlərin qərarlarıdır.Ona görə də nəticəni onlar düşünsünlər. Biz onları rədd etmədik, imtina etdilər”.
Qeyd edək ki, Rusiyada ilk McDonald's 1990-cı ildə Moskvanın Puşkin meydanında açılıb. Açılış günü təxminən 40 min adamın ziyarət etdiyi filialın qarşısında yüzlərlə vətəndaş saatlarla növbə gözləyib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man