Rusiya-Ukrayna arasındakı müharibəyə görə, sanksiya qərarları davam edir.
Sfera.az bildirir ki, bu dəfə dünyaca məşhur moda nəhəngi "Victoria Secret” Rusiyada yerləşən mağazalarını bağlamaq qərarı verib. Ardınca rus qadınları mağazalara axışıb, qarşısında uzun növbələr yaradıblar. Martın 10-dan etibarən Rusiyadakı bütün mağazalarını, o cümlədən onlayn satışlarını dayandırmaq qərarına gələn şirkətin məhsullarını almaq istəyən rus qadınlarının görüntüləri isə hadisə yerində olan şəxslər tərəfindən kameralara əks olunub.
Xatırladaq ki, bundan əvvəl, dünyaca məşhur fast food şəbəkəsi "McDonald's” Rusiyanın Ukraynaya hücumundan sonra sanksiya tətbiq etmək qərarına gələn şirkətlər karvanına qoşulmuşdu.
Günay Rəsulqızı
Sfera.az