Daha bir bazarda gərginlik artır – Bu yağların qiyməti yüksəldi

Media 09 Mart 2022 | 17:15
OXUNUB: 1641
Qida məqsədilə dünyada ən çox istifadə edilən yağlardan olan palma və soya yağı İndoneziyanın ixracı məhdudlaşdırması ilə bahalaşır. 
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, məhdudiyyətdən sonra soya və palma yağının qiymətləri ən yüksək həddə çatıb.
 
Palma yağının qiyməti 10 faiz artaraq tonu 1687 dollara olub. Bu, 2001-ci ildən bəri ən yüksək qiymətdir. 
 
Ümumilikdə, bu il palma yağının qiyməti 50 faizdən çox artıb. 
 
Çikaqoda soya yağının qiyməti də rekord həddə yüksəlib.
 
Soya yağında ilin əvvəlindən qeydə alınan artım 20 faizə çatıb. 
 
Qida məqsədilə istifadə edilən yağların bahalaşması Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirilir. Müharibə Ukraynadan günəbaxan yağının ixracını çətinləşdirir. 
 
Mütəxəssislər qeyd edirlər ki, ən böyük günəbaxan istehsalçılarından biri olan Ukrayna bu il biçin mövsümünü buraxarsa, yağ bazarında vəziyyət daha da pisləşə bilər. Dünyada günəbaxan yağı ixracının təxminən 80 faizi Rusiya və Ukraynanın payına düşür.
 
Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man