İrəvan yeni sahib axtarışında: Paşinyanın Fransa səfəri nəyə hesablanıb?

Media 09 Mart 2022 | 16:27
OXUNUB: 1809
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Onun Parisdə "Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcəyi bildirilir. Eyni zamanda iki ölkənin hökumət üzvlərinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəkləri bildirilib.

Mövcud Rusiya-Ukrayna müharibəsi və Qərbin Kremlə tətbiq etdiyi sərt sanksiyalar fonunda bu səfərin keçirilməsi diqqət çəkir. Aydın məsələdir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından ən çox sevinən ölkə Ermənistandır. Erməni tərəfi yaxşı başa düşür ki, Rusiya Ukrayna ilə müharibədə qalib və ya məğlub olsa da heç olmadığı qədər zəifləyəcək. Məhz buna görə Qərb meyilli olan və yenə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Rusiya-Ukrayna müharibəsini Ermənistanın Moskvanın təsirindən çıxması üçün ideal fürsət sayır. 

Təsadüfi deyil ki, Paşinyan Ukrayna ilə müharibədə Rusiyaya dəstəyini ifadə etmədi. Mümkündür ki, Paşinyan Rusiyaya qarşı formalaşan cəbhədə yer almağa səy göstərir. Ancaq görünür ki, həm də Kremlin qəzəbindən qorxan Paşinyan bunu birbaşa göstərmək istəmir və Fransaya səfərini "Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak kimi pərdələyir.

Paşinyan Fransa səfərindən nə umur?

Paşinyan Fransadan hazırda iki mühüm dəstək gözləyir:

Birincisi, Rusiyanın təsirindən çıxmaq;

İkincisi, Azərbaycana qarşı fəaliyyət dairəsini bərpa etmək.

Paşinyan seçkiqabağı təşviqatı dövründə Fransaya səfər edərək əslində Prezident Emmanuel Makrona konkret mesaj verir. Yəni ikinci dəfə prezident seçilmək istəyirsənsə erməni diasporunun və lobbisinin dəstəyinə ehtiyacın var. 

Emmanuel Makron hər nə qədər ikinci dəfə Fransa prezidenti seçilmək istəsə də düşünmürəm ki, Ermənistana görə yenidən Azərbaycanla münasibətləri pozsun. Makron başa düşür ki, prezidentlik müddətində etdiyi ən böyük səhv Ermənistana görə Azərbaycanla münasibətləri pozmaq idi. Ermənistandan fərqli olaraq Fransa artıq Cənubi Qafqazdakı reallıqları dərk edir və ən azından Azərbaycanın Avropanın enerji bazarlarındakı mühüm roluna görə Bakının yanında durmağa çalışır. 

Kreml Paşinyanın xəyanətini bağışlamayacaq!

Rusiya Paşinyanı yaxşı tanıyır. Başı hər nə qədər Ukrayna ilə müharibəyə qarışsa da Nikolun hər addımı Kreml tərəfindən diqqətlə izlənilir. 

Misal üçün, Ermənistanın "Hraparak” nəşri yazır ki, "Rusiyanın güc strukturları Ermənistanın hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinə münasibətdə özlərini necə ifadə etdiyini başa düşmək istəyir. Bunun üçün erməni mediasını fəal şəkildə izləyir və Ermənistanın dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir”.

Hesab edirəm ki, Kreml Paşinyanın xəyanətini bağışlamayacaq və onu ən sərt formada cəzalandıracaq. Rusiyanın digər regionlardan, həmçinin Ermənistandakı 102-ci hərbi bazasından qüvvələrini Ukraynaya cəlb etməsi yönündə xəbərlər mövcuddur. Hətta Qarabağdakı Rusiya sülhməramlılarının bir qismi də bu prosesə cəlb edilib.

Nəzərə alsaq ki, son günlər həm Ermənistan-Azərbaycan, həm də Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə erməni təxribatlarının sayı artıb. Mümkündür ki, Rusiya Azərbaycan üzərindən Ermənistanı cəzalandırsın.

Turan Rzayev 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man