Tokio da qərarını verdi: Rusiyaya qarşı yeni cəbhə açılır?

Media 09 Mart 2022 | 12:45
OXUNUB: 985
"Yaponiya ilə Ukrayna arasında hərbi yardımla bağlı sənədin imzalanması beynəlxalq aləmdə maraqla qarşılanıb. Bu müasir Yaponiyanın tarixində bir ilkdir. Yaponlar ukraynalılara gülləkeçirməz jiletlər, dəbilqələr, çadırlar, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif alətlər verəcəklər”. 

Sfera.az-ın məlumatına görə, bunu Rusiya-Ukrayna müharibəsi fonunda Yaponiyanın mövqeyini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq  bildirib ki, Rusiyanın Ukraynanı işğal niyyəti Yaponiya da hərəkətə keçirib. 

"Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra dünyanın müxtəlif qütblərindəki münaqişələrə qarışmır, ancaq iqtisadiyyatla və dünyaya daha çox məhsul ixrac etməklə məşğul idi. Rusiyanın Ukraynanı işğal etməyə çalışması Yaponiya kimi neytral siyasətə üstünlük verən ölkəni də hərəkətə keçirib. Yaponiya bir başqa ilkə də imza atıb. Tokio Ukraynanın işğalı fonunda Qərb ölkələri kimi başda Rusiya prezidenti olmaqla bu ölkənin müxtəlif rəsmiləri və biznesmenlərinə qarşı sanksiya qərarı verib. Sanksiyalar siyahısına, həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir".

E.Şahinoğlu vurğulayıb ki, Yaponiyanın Baş naziri Fumio Kişida şimal ərazilərin Yaponiyaya məxsus olduğunu qeyd edib.

"Baş nazir Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb və vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib, şimal ərazilərin isə Yaponiyaya məxsus olduğunu və onların üzərində Yaponiyanın suverenliyinin olduğunu vurğulayıb. 
 
Yaponiya İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ ilə sülh müqaviləsi imzalamadı. Çünki SSRİ Yaponiyanın Kuril adalarını işğal edərək geri qaytarmaq istəmirdi. Moskva 1950-ci illərin ortalarında Tokio ilə belə razılığa gəldi ki, sülh sazşini müqabilində 4 adadan 2-ni Yaponiyaya qaytara bilər. Ancaq o da baş vermədi. SSRİ dağıldıqdan sonra Yaponiya Rusiya ilə bu mövzuda danışıqlara başladı.
 
Rusiyanın ilk Prezidenti Boris Yeltsin bir ara adaları Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Yeltsinin ətrafı onu bu addımdan çəkindirdi. Rusiyada hakimiyyətə gələn Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı, əksinə Rusiyanın yeni Konstitusiyasına "ərazi güzəşti qadağan edilir” maddəsi əlavə edildi. Yəni bundan sonra Kuril adalarının Yaponiyaya qaytarılması mümkün deyil, bunun üçün Rusiya Konstitusiyasına düzəliş edilməlidir. Kreml Kuril mövzusunu Tokio ilə müzakirə etmək istəmir”. 
 
Ekspert qeyd edib ki, Tokionun Moskva ilə illərdir apardığı danışıqlar nəticəsiz qaldı:
 
"Bundan başqa, Rusiyanın Çinlə qurduğu strateji münasibətlər də Yaponiyanı narahat edir. Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib. Moskva Çinin bu siyasətini dəstəkləyir. Belə olan halda Yaponiyanın fəal xarici və təhlükəsizlik siyasəti həyata keçirməsinə ehtiyac yaranıb. Ona görə də Yaponiya Rusiya işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyə qərar verib”. 
 
Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man