Rusiya neft-qazından qaçan Avropanın İrandan asılılığı - Qərbin ehtiyacı artır

Media 09 Mart 2022 | 12:19
OXUNUB: 946
"Rusiyanın Avropaya qaz ixracını kəsəcəyi təqdirdə əsas alternativ mənbə İran qazı, əsas nəql marşrutu isə TANAP ola bilər”.

Sfera.az xəbər verir ki, bunu jurnalist-yazar David Andelman CNN üçün təhlilində qeyd edib.

Andelman hesab edir ki, indiki vəziyyətdə İran təbii qazı Avropa üçün vacibdir və Rusiyanın Avropaya qazı kəsəcəyi təqdirdə Azərbaycan-Türkiyə əməkdaşlığının məhsulu olan TANAP-dan istifadə etməklə qərbə qaz ixracını artırmaq olar.

O bildirib ki, Putinin yaratdığı maneələrə baxmayaraq, Qərb və İran razılaşma əldə edilməsi üçün qətiyyətli olmalıdır: "ABŞ və Avropa İttifaqı üzvləri İranı nüvə sazişi üçün təşviq etməlidirlər. İndi Avropanın İran qazına ehtiyacı daha çoxdur. Rusiya Avropaya qaz nəqlini dayandıracağı təqdirdə avropalılar soyuqdan donacaq. 

İran və ABŞ təbii qazı maye halına salmaqla Avropaya göndərə bilər. Hazırda Almaniya Norveç və Hollandiya ilə, İngiltərə Danimarka ilə qaz xətləri vasitəsilə bağlanıb. Cənubi Avropa ölkələri isə TANAP və TAP vasitəsilə Azərbaycandan qaz ala bilər."

Müəllif xatırladır ki, İran zəngin neft-qaz ölkəsidir və sanksiyaları aradan qaldırmaqla Rusiyanın yaratdığı boşluğu tez zamanda doldurmaq mümkündür”. 

Qeyd edək ki, TANAP kəməri Azərbaycan qazının Türkiyədən daşınması üçün inşa edilib. TAP isə TANAP-la gələn qazın Avropa ölkələrinə çatdırılmasını həyata keçirir. TANAP-ın illik ötürücülük qabiliyyəti 30 milyard kub metr olduğu halda, TAP-la il ərzində 10 milyard kub metr qaz nəql edilir. 

Amma əlavə nasos stansiyaları quraşdırmaqla TANAP və TAP-la ötürülən qazın həcmini artırmaq mümkündür. TAP-la qaz nəqlini 20 milyard kub metrə çatdırmaq olar. 

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man