Ukraynanın Kremlə DİRƏNİŞİ: "Xalq yenidən iki yerə parçalanma ilə barışmaz" - Şərh

Media 09 Mart 2022 | 12:08
OXUNUB: 746
"Ukrayna xalqı dövlətin iki yerə - Qərbi və Şərqi Ukraynaya bölünməsi ilə barışmaz”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında gizli razılaşmanın olması və bunula da Ukraynanın iki hissəyə bölünməsi versiyalarını şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı Sfera.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, səslənən versiyanın tarixi əsasları var, lakin icrası mümkün deyil:

"Məsələ ondadır ki, Ukraynanın tarixində qeyd olunan bir bölünmə olub. 1918-ci ildə Qərbi hissədə yaradılan dövlətin adı "Qərbi Ukrayna Xalq Respublikası” idi. Bu dövlət hətta Almaniyameyilli olub. Şərqdə isə bolşevikmeyilli digər bir dövlət yaranmışdı. Sonradan bu iki dövlət  "Ukrayna Xalq Respublikası” adı altında birləşdilər. 1921-ci ildə bolşeviklərin Ukraynanı işğal etməsi ilə dövlətin varlığına son verildi. 
 
Bu mənada səslənən iddia real deyil. Çünki hər şeydən öncə bununla Ukrayna xalqı barışmaz. Əminəm ki, buna qarşı kəskin reaksiya da verərlər. Digər tərəfdən, Bayden də Putinlə belə bir sövdələşməyə getməz. Bayden ABŞ və Rusiyanı eyni səviyyyəli dövlət saymır.
 
Ukrayna rəhbərliyi və xalqı hazırda Kremlə qarşı böyük dirəniş göstərir və Rusiyanın bütün alçaldıcı şərtlərini qəbul etmir. Belə bir xalqın dövlətinin iki yerə bölünməsi ilə barışacağını düşünmək sadəlövhlük olardı”.
 
Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man