"İran üçün Qərblə münasibətləri normallaşdırmaq üçün fürsət yaranıb. Rəsmi Tehran Ukrayna-Rusiya müharibəsi fonunda Qərbin Kremlə tətbiq etdiyi sanksiyalardan istifadə edərək özünə qoyulan sanksiyaları yumşalda bilər”.
Bu sözləri Avstriyanın paytaxtı Vyana şəhərində İranla keçirilən nüvə danışıqlarının dayandırılması haqda danışarkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İran tərəfi anlayır ki, Rusiya ilə gərginlik Qərbi enerji böhranı ilə üz-üzə qoya bilər:
"Dünya birjalarında mavi qazın qiymətində tarixi rekord yaşanır. İranın ardınca Rusiyaya qarşı da iqtisadi sanksiyalar tətbiq edilir.
Bu İrana tətbiq edilən sanksiyalardan iki dəfə artıqdır. Rəsmi Tehran mövcud vəziyyətdən istifadə etməyə çalışacaq. Qərb Kremldən təmin etdiyi təbii qazı İran üzərindən kompensasiya edə bilər. Bunun üçün ilk növbədə rəsmi Tehrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılmalıdır”.
Politoloqun bildirib ki, İran nüvə danışıqlarında Qərblə ortaq məxrəcə gələ bilsə sanksiyalardan da xilas ola bilər.
Turan Rzayev