Macarıstanın baş naziri Viktor Orban Ukraynaya silah göndərilməsinə qadağa qoyulduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, V.Orban çıxışında: "Qərar dərc edilib ki, Macarıstan ərazisindən Ukrayna ərazisinə silah göndərilə bilməz”, - deyə bildirib.
Qərarın mətnində bildirilir ki, NATO əsgərlərinin Macarıstan ərazisinə yerləşdirilməsinə və Ukraynadan başqa digər ölkələrə silah göndərilməsinə icazə verilir.
Budapeştin bu qərarla milli təhlükəsizlik maraqlarını qoruduğu vurğulanır.
Əzizə Zeynal
Sfera.az