"Putinin Ərdoğana “yox” deməsi çətindir” - 10 mart tarixində hər şey dəyişə bilər

Media 08 Mart 2022 | 12:20
OXUNUB: 3920
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Fransa prezidenti Emmaunel Makron gah Moskva, gah da Kiyevə gedir, müharibənin qarşısını almağa çalışırdı. Müharibə başladıqdan sonra Makron savaşı dayandırmaq üçün yenə bir neçə dəfə cəhd etdi. Ancaq onun vasitəçiliyi yenə nəticə vermədi.

Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə bildirsə də, Kreml sahibi hər dəfəsində imtina edirdi. Putin Makronla son telefon söhbətində görüş üçün elə ağır şərtlər irəli sürdü ki, Fransa prezidenti onun vasitəçiliyindən nəticə hasil olmayacağını anladı.

Sfera.az-ın məlumatına görə, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı danışarkən deyib ki, növbə Türkiyəyə çatıb. Politoloq xatırladıb ki, Antalyada xarici işlər nazirlərinin iştirakı ilə ənənəvi beynəlxalq konfrans keçiriləcək:

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva və Kiyevlə günlərdir telefon diplomtiyası həyata keçirir, nəticə var. Ukraynanın və Rusiyanın xarici işlər nazirləri Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada görüşəcəklər. Buna baxmayaraq, Antalyadakı danışıqlardan müsbət nəticə gözləmək çətindir. Hər halda Ankara üzərinə düşəni edir, müharibəni dayandırmağa çalışır və beynəlxalq aləm Türkiyənin necə fəal olduğunu müşahidə edir. Türkiyə prezidenti Ərdoğan İstanbulda Rusiya və Ukrayna prezidentlərini də görüşdürmək istəyir. Volodimir Zelenskinin Ərdoğana böyük rəğbəti var, onu qərbli həmkarlarından üstün tutur. Vladimir Putin də Ərdoğanla dialoqu davam etdirir. Çünki Kreml sahibi anlayır ki, dünyada onunla dialoqu davam etdirmək istəyən az lider qalıb. Bunlardan biri Ərdoğandır. Ona görə də Putinin Ərdoğana "yox” deməsi çətindir”.

E.Şahinoğlu deyib ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gələ bilərlər:

"Ancaq nə qədər ki, Putin Ukraynaya qarşı ultimatumlar irəli sürür, onun Zelenski ilə görüşündən nəticə çıxacağını proqnozlaşdırmaq çətindir. Bu arada, Çin də vasitəçi olmaq istəyir. Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib. Çin Rusiyanın strateji tərəfdaşıdır və Ukraynaya hərbi müdaxiləni pisləməyib, əksinə baş verənlərə görə Qərbi ittiham edir. Belə olan halda Kiyev Pekinin vasitəçiliyini necə qəbul edə bilər?  Pekin sadəcə "vasitəçi ola bilərəm” təklifi ilə beynəlxalq aləmdə çəkisini artırmağa çalışır”.


Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man