Ukraynadakı azərbaycanlı tələbələrin aqibəti necə olacaq? – AÇIQLAMA

Media 08 Mart 2022 | 11:41
OXUNUB: 1143
"Ukraynada yaşayan azərbaycanlı tələbələrin siyahısı hazırlanmalı, onlar Azərbaycandakı universitetlərə köçürülməlidir”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədli deyib. Ekspert hazırda 10 min azərbaycanlının Ukraynada təhsil aldığını bildirib. 

"Görünən odur ki, yaxın iki ildə də dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti bərpa edilməyəcək. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə ali təhsil alan minlərlə azərbaycanlı tələbənin təhsilini yarımçıq dayandırmağa, Azərbaycana qayıtmağa vadar edib. Nəzərə alaq ki, münaqişənin həlli yaxın vaxtlarda gözlənilmir və dağıntılar nəticəsində tələbələrin təhsil sənədləri də məhv olur. Bu səbəbdən də elə indidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir.

Poblemin həlli üçün bir neçə çıxış yolu var. İlkin olaraq vəziyyət düzələnədək onların distant təhsil alması mümkündür. Amma Ukraynada təhsil alan tələbələr hərbi əməliyyatların nə qədər davam edəcəyini bilmirlər. Onlar deyir ki, əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu onların Azərbaycan universitetlərinə köçürülməsi ola bilər. Lakin  "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar"a görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir”.

Ekspert köçürülmə prosesinin çətinliyini də vurğulayıb:

"Bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandığı nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

Qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki, onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olunublar.

Lakin yaxşı olar ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsini və onların burada təhsillərini davam etməsini təmin etsin”.

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man