Rusiya Avropanı təbii qazı kəsməklə təhdid etdi - "Kabus ssenarisi" reallaşır?

Media 08 Mart 2022 | 11:23
OXUNUB: 2311
Rusiya Avropanı təhdid edib.

Sfera.az bildirir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada jurnalistlərə verdiyi açıqlamada, "Şimal axını-1” ilə bağlı addım ata biləcəklərinə diqqət çəkib. Boru xəttindən təbii qaz axınını kəsə biləcəklərini ifadə edən Novak, "”Şimal Axını 1”dən gələn qaz axınına embarqo qoymağa tam haqqımız var. Ancaq indiyədək belə bir addım atmamışıq, bunun heç kimə faydası olmayacaq. Lakin avropalı siyasətçilər öz bəyanatları ilə bizi buna təhrik edirlər”, deyə bildirib.

ABŞ və Avropa ölkələri arasında Rusiya neftinin idxalına qadağa qoyulması üçün aparılan danışıqlara toxunan Novak, belə bir ssenaridə neftin bir barelinin qiymətinin 300 dollara qədər qalxa biləcəyini söyləyib. Mütəxəssislər isə bunun qlobal iqtisadiyyat üçün "kabus ssenarisi” olduğunu deyiblər.

Digər tərəfdən, Ağ Evin sözçüsü Cen Psaki, Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı hələ qərar vermədiklərini ifadə edərək, "Həm öz daxilində, həm də avropalı tərəfdaşlarımızla məsləhətləşirik", - deyə qeyd edib.

Qeyd edək ki, Rusiya "Şimal axını 1” xətti ilə Baltik dənizi vasitəsilə Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz verir.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man