Türkiyəli aktrisa Demet Evqar tək nəfərlik aksiya keçirib.
Sfera.az bildirir ki, aktrisa 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Mən qadınam” yazılı plakat hazırlayaraq metro girişinə gəlib. Vətəndaşlara səslənən Evqar "Bərabərlik mənim haqqımdır, öldürülmək istəmirəm. Gücümün fərqindəyəm, dəyişirəm, dəyişdirirəm”, - deyə söyləyib.
Demet aksiyanın videosunu da izləyiciləri ilə bölüşüb.
"Hamı üçün ədalətli və firavan cəmiyyət yalnız qadınların səlahiyyətlərinin artırılması, gender bərabərliyi ilə deyil, ilk növbədə onların səsinin eşidilməsi ilə mümkündür. Səsinizi #BenWoman heşteqi ilə eşitdirin!”, - deyə aktrisa qeyd edib. Evqarın videosu qısa zaman ərzində gündəm olub və 5 milyondan çox baxış toplayıb.
Qeyd edək ki, Belçim Bilgin, Özge Borak, Ayşegül Aldinç, Gökhan Özoğuz, Derya Şensoy, Ezgi Mola və Esra Dermancıoğlu kimi məşhur adlardan Demetə dəstək şərhləri gəlib.
Türkan
Sfera.az