Dollar-manat məzənnəsində ARTIM - Bahalaşmanın məhsulların qiymətinə TƏSİRİ

Media 07 Mart 2022 | 13:59
OXUNUB: 1376
Dollarda bahalaşma davam edir. Artıq bir aydan çoxdur ki, ABŞ dolları dünyanın aparıcı valyutalarına nisbətən dəyər qazanır. 
 
Sfera.az bildirir ki, dolların bahalaşmasını Dollar İndeksindəki yüksəlmə də təsdiqləyir. Ötən bir ayda indeks 95,2 səviyyəsindən 99 səviyyəsinə qəsər yüksəlib. Ay ərzində dollarda 4 faiz bahalaşma qeydə alınıb.
 
Dolların bahalaşması səbəbindən ölkəmizdə xarici valyutaların ucuzlaşması müşahidə edilir. Çünki Azərbaycan manatının xarici valyutalara nəzərən məzənnəsi məhz dollarla olan kurs əsasında müəyyənləşir. Buna görə də dollar bahalaşanda manat bahalaşır, dollar ucuzlaşdıqda isə manat da ucuzlaşır. Son bir ayda Dollar İndeksinin 4 faiz yüksəlməsi o anlamı verir ki, manat da xarici valyutalara nisbətən 4 faiz bahalaşıb. 
 
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bir avro 1,858 manata, gürcü larisi 0,5 manata, ingilis funt sterlinqi 2,25 manata, qazax tengesi 0,0033 manata, türk lirəsi 0,12 manata düşüb. 
 
Dolların bahalaşması dünyada məhsulların qiymətinə azaldıcı təsir edir. Birja analitiklərinin fikrincə, dollarda bahalaşma bir müddət davam edəcək və indeks 105 həddinə qədər yüksələcək. Bu halda manat da bir qədər möhkəmlənəcək. 
 
Manatın bahalaşması Azərbaycana idxal edilən malların qiymətində enmə ehtimalını gücləndirəcək. Lakin bu baş verməyə də bilər. Çünki Rusiya-Ukrayna müharibəsi və neftin bahalaşmasına görə dünyada bütün məhsulların qiyməti davamlı artır. Bu səbəbdən dolların bahalaşması məhsulların qiymətinin enməsinə təsir edə bilmir. Bununla belə dolların, o cümlədən manatın bahalaşması məhsulların qiymətində daha böyük artımın da qarşısını alır. 
 
Vasif
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man