"8 Martda pul yığan müəllimlər və valideynlər cəzalandırıla bilər" - AÇIQLAMA

Media 07 Mart 2022 | 13:27
OXUNUB: 2913
"8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə müəllimlərin və direktorların şagirdlərdən pul tələb etməsi onları alçaldan, onlara yaraşmayan durumdur”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmşədli deyib. Müsahibimiz bildirib ki, 8 mart bəhanəsi ilə müəllimin şagird və ya valideyndən pul istəməsi, həm də valideynin gözündə təhsil işçisinin rüşvətxor kimi görünməyinə səbəb olur:

"Çalışmalıyıq ki, maksimum bu vəziyyətin qarşısını alaq. Bunun üçün ictimai qınaq önəmlidir. 8 martla bağlı əvvəllər də təbriklər olub – müəllimlərə gül alınıb və s. Bu, normal jestdir. Sadəcə son zamanlar bunu pul yığımına çevirdilər – "Başqa bir şey almayın, amma pul verin”. Elə valideyn var ki, müəllimə 80-100 manatlıq həddiyə ala bilər, eləsi də var, 20 manatlığa gücü çatır. Burada "pul yığılmalıdır” deyəndə valideynlər arasında da çaşqınlıq yaranır, özlərini digərləri qarşısında xəcalətli hiss edirlər. Bununla da biabırçı vəziyyət yaranır. Bu mənzərə isə həm uşağın, həm ailənin psixologiyasına ciddi mənada zərbədir”.

Ekspert bununla bağlı validenylərdə də günahın olduğunu deyib:

"Hər şeyi müəllimlərin üzərinə yıxırıq, amma valideynlər də bu yola getməməlidirlər. Bilirsiniz, son zamanlar şahidi oluruq ki, müəllimlər də dəfələrlə nəsə istəmədiyini deyir. Amma valideyn nə edir? Vatsapp qrupunda səs atır ki, müəllim öz dili ilə deməsə də, biz aparmalıyıq. Beşi deyir "pul verək”, onu əksini bildirir. Lakin etiraz edənlər də məcbur olub digərlərinə qoşulur. Həqiqətən də hədiyyə, pul götürməyən müəllimlər də var. Yəni bu durumu (pul yığımı) hamısına şamil etmək olmaz. Məktəblərdə bu hal yarandığı halda, həmin müəllimlər hansısa formada cəzalandırılmalıdır. Amma bu, rəsmi olmalıdır. Belə olan təqdirdə, müəllim də ehtiyat edir. 

Düzdür, Təhsil nazirliyi hər il bununla bağlı tapşırıq verir. Rəsmiyyətdə də tətbiq edilməlidir, cəza müəyyən olunmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man