"Tesla” şirkətinin yaradıcısı və dünyanın ən zəngin insanı İlon Mask tənqid obyektinə çevrilib.
Sfera.az bildirir ki, buna səbəb onun son paylaşımı olub. Belə ki, iş adamı "Bəzi hökumətlər ”Starlink”ə Rusiyanın xəbər mənbələrini bloklamağı tapşırıblar. Silah gücü olmadan bunu etməyəcəyik”, - deyə sosial hesabında qeyd edib. O, sözügedən dövlətlər sırasında Ukraynanın olmadığını vurğulayıb. Mask ardınca fikrini belə tamamlayıb: "Azad söz müdafiəçisi olduğum üçün üzr istəyirəm”.
İzləyicilərin əksəriyyəti isə İlonun bu addımını qınayıblar. Bu istiqamətdə "Etdiyiniz düz deyil. Rusiyanın Ukraynanı işğal etmək qərarı səhvdir. Buna görə də onları bloklamalısınız”, "Rusiyanın "xəbər” resursları yanlış məlumat yaymaqla məşğuldur”, "Rusiyanın söz azadlığını tamamilə qadağan etdiyini nəzərə alsaq, bunun heç bir mənası yoxdur və siz bununla onlara dəstək olursunuz” və s. tipli şərhlər yer alıb.
Günay Rəsulqızı
Sfera.az