Baydendən Putinin nüvə təhdidinə CAVAB: "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı - Nə baş verəcək?

Media 04 Mart 2022 | 16:15
OXUNUB: 6229
ABŞ prezidenti Bayden Putinin Rusiya nüvə qüvvələrinə verdiyi "xüsusi hazırlıq" əmrinə adekvat addım atıb.
 
Sfera.az bildirir ki,  bu dəfə ABŞ Hərbi Hava Qüvvələrinin nüvə bombasına davamlı "Qiyamət günü təyyarəsi” təlim keçmək üçün səmaya qalxıb. Təfərrüatları gizlədilən vasitə 4,5 saatlıq təlim uçuşu edib. Boeing 747 model sərnişin təyyarələrinin modifikasiyası ilə dizayn edilmiş innovativ Boeing E-4B, fevralın 28-də ABŞ-ın Nebraska ştatı üzərində uçarkən görüntülənib. Maraqlısı odur ki, təlim uçuşu Rusiya prezidentinin son qərarından qısa müddət sonra həyata keçirilib.
 

Məlumata görə, Nebraskadakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxan təyyarə Çikaqoya doğru 4,5 saatlıq uçuşu tamamlayıb, sonra geri dönərək bazaya enib. ABŞ rəsmiləri E-4B-nin hər zaman hazır olduğunu və donanmanın müntəzəm təlim və hazırlıq missiyaları həyata keçirdiyini bildirib. Bazar ertəsi keçirilən son təlimin Putinin nüvə addımına birbaşa cavab olub-olmadığı məlum deyil.

Qeyd edək ki, E-4B ABŞ ordusunun 1970-ci illərdən bəri saxladığı "Nightwatch” təyyarə parkının bir hissəsidir. Sözügedən təyyarə nüvə müharibəsi zamanı yüksək rütbəli hərbçilərə özəl mobil komanda mərkəzi olaraq xidmət üçün nəzərdə tutulub. Dəyəri 200 milyon dollar olan dizayn, kommersiya 747 model təyyarələrində görünməyən bir sıra təhlükəsizlik xüsusiyyətlərinə malikdir.
 


Təyyarənin hətta nüvə partlayışından qaynaqlanan elektromaqnit impulslarına məruz qaldıqda belə, işləməyə davam etməsini təmin etmək üçün müasir rəqəmsal deyil, köhnə avadanlıqla təchiz edilib. Demək olar ki, tamamilə pəncərəsiz olan təyyarə sərnişinləri və ekipajı nüvə müharibəsinin istilik təsirlərindən qorumaq üçün xüsusi qalxanlara malikdir. Bundan əlavə, təyyarənin yuxarı hissəsində 65-dən çox peyk antenasının olduğu çıxıntı var.
 
"CNBC”nin məlumatına görə, bunlar E-4B-yə dünyanın istənilən yerində gəmilər, sualtı qayıqlar, təyyarələr və sabit telefonlarla əlaqə saxlamağa imkan verir. Təyyarənin digər xüsusiyyətləri isə gizlidir.
 


Günay Rəsulqızı
Sfera.az

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man