"Qərb rusiyalı tələbələri öz universitetlərindən qovanda, Rusiya Federasiyasından olan idmançıların yarışlarda iştirakını qadağan edəndə və rəssamların qastrol səfərlərini ləğv edəndə ədalətsiz və vicdansız rəqabətlə məşğul olur”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir Qərb tərəfdaşlarının praqmatik və işgüzar şəkildə danışmağa hazır olacaqlarına ümid etdiyini deyib.
XİN rəhbərinin sözlərinə görə, Rusiya Ukraynada xüsusi əməliyyat keçirməyə qərar verib, çünki o, artıq qonşu dövlətin ərazisindən birbaşa hücum təhlükəsinin gəlməsinə imkan verə bilməz.
O, həmçinin Fransanın xarici işlər naziri Jan-İv Le Drianın sözlərinə diqqət yetirməyi xahiş edib.
O bildirib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Parisin nüvə silahına malik olduğunu xatırlamağa gərək yoxdur.
Lavrovun ən diqqət çəkən açıqlaması isə belə olub:
"Fransızların milli simvolu xoruzdur. Ona görə də onlar xoruz kimi tez-tez banlayırlar”.
Əzizə Zeynal