Putinin psixoloji problemləri var? – Prezidenti durduracaq yeganə ÜSUL AÇIQLANDI

Media 03 Mart 2022 | 15:45
OXUNUB: 1085
Məlum olduğu kimi, Rusiyaya Ukraynanı işğal səbəbilə ciddi sanksiyalar tətbiq olunur. Təbii ki, burada da birbaşa hədəf Prezident Putindir. Lakin bu qədər sərt sanksiya və Avropa ölkələrinin Ukraynaya dəstəyi fonunda o, məqsədindən imtina etmir.

Bu məsələnin psixoloji tərəfi maraqlıdır. Yəni kütləvi şəkildə təzyiqə məruz qalıb istəyindən dönməmək nəyin əlamətidir? Ümumiyyətlə, psixoloji təzyiq hansı şəkildə aparılmalıdır ki, bu, Rusiya liderinə qarşı da effektiv olsun..?

Mövzu ətrafında Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova Vladimir Putinə qarşı Maslov nəzəriyyəsinin tətbiq edilməli olduğunu deyib. 

Mütəxəssis onun Rusiyanı xüsusi sərvət kimi dəyərləndirdiyini bildirib:

"Şəxsiyyətin nüvəsini təşkil edən münasibətlər insanın başqa adamlara və özünə olan münasibətini xarakterizə edir. Bu gün baş verən müharibənin içərisində fərdin şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Putinin atdığı addımlarda Rusiyanı sanki sərvətinə çevirdiyindən, baş verənləri onun insanlığının əlindən alınması kimi dəyərləndirildiyini görürük. Davranışın müxtəlif modelləri tez-tez planlaşdırılmış mənfi və müsbət nəticələrə gətirib çıxarır. Putin baş verənləri robotlaşmış insan kimi dərk edə bilmir".
 
"İnsan özünü müdafiəsiz hiss etdikdə, diqqətini öz qalibiyyət imkanlarından tam istifadə etməklə birbaşa şəxsi potensiallarını reallaşdırmaq üzərində toplamağı bacarır.  Massov deyir ki, insanın bütün ehtiyacları piramida şəkildə bölünür  və baza səviyyəsindən başlayaraq tədricən təmin olunur. Biz Massov nəzəriyəsini tətbiq etməklə Putini fikrindən uzaqlaşdıra bilərik. Bu gün baş verənlərin içərisində davranış modelləri insanın şəxsi ehtiyaclarını təmin etmək məqsədilə xarici mühitə təsir etmək cəhdində özünü əks etdirir”, - deyə psixoloq qeyd edib. 

Əzizə Zeynal    

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man