Bu gün vəzifədən azad edilən Əsgər Ələkbərov HƏBS OLUNA BİLƏR - Korrupsiya şübhəsi...

Media 03 Mart 2022 | 14:03
OXUNUB: 3773
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin  sabiq sədri Əsgər Ələkbərov həbs edilə bilər.
 
Bu barədə Sfera.az-a etibarlı mənbədən məlumat daxil olub. 

Bundan öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən qurumun  ayrı-ayrı səlahiyyətli şəxsləri barədə araşdırma aparıb,  qanun pozuntuları aşkarlayıb. Əsgər Ələkbərovun da həmin qanun pozuntuları ilə bağlı həbs ehtimalının olduğu bildirilir. 

Ə.Əsgərov "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri olmamışdan əvvəl "Qala Həyat" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. 

Əsgər Ələkbərov kimdir?

O, 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

Ə.Ələkbərov 1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb. O, 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Sabiq sədr 2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 1 qızı və 1 oğlu var.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər qərarı ilə Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib

Türkan
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man