Azərbaycanın dövlət büdcəsinə yenidən baxıla bilər

Media 03 Mart 2022 | 13:22
OXUNUB: 1472
2022-ci ildə neft qiymətlərində yüksəlişin davam etməsi, həmçinin digər əmtəələrin də bahalaşması Azərbaycanın dövlət büdcəsinin və Dövlət Neft Fondunun (Fond) gəlirlər hissəsinə yenidən baxılmasını tələb edir. 
 
Sfera.az xəbər verir ki, 2022-ci ilin dövlət büdcəsinin və Fondun gəlirləri proqnozlaşdırılan zaman Azərbaycanın ixrac edəcəyi neftin ortaillik qiyməti 50 dollardan hesablanıb. Bu hesabla Dövlət Neft Fondunun gəlirləri 10,59 milyard manat (6,23 milyard dollar), dövlət büdcəsinin neft sektorundan vergi gəlirləri 1,98 milyard manat olacaq. 
 
Bundan başqa dövlət büdcəsinin vergi və gömrük gəlirləri hesablanan zaman ortaillik inflyasiyanın 6-7 faiz olacağı proqnozlaşdırılırdı. 
 
Lakin 2022-ci ilin ilk 2 ayının faktiki vəziyyəti, eyni zamanda dünyanın tanınmış maliyyə qurumlarının təxminləri göstərir ki, bu il neftin qiyməti ən azı orta hesabla 80-90 dollar səviyyəsində olacaq, əmtəə qiymətlərində artım isə 6-7 faizi ötəcək. 
 
Gözlənilən qiymətlər ondan xəbər verir ki, 2022-ci ildə həm Fondun, həm də dövlət büdcəsinin gəlirləri (gömrük və vergi) xeyli artacaq. 

Bu şərtlər daxilində dövlət büdcəsinə yenidən baxılması zəruridir. Dövlət büdcəsinə yenidən baxmaqla gəlirlər daha düzgün proqnozlaşdırılmaqla bərabər, xərclərin həcmi də nəzərdən keçirilə bilər.

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man