Müharibədən əvvəl Putin onunla danışıbmış…- Sensasion İDDİA

Media 03 Mart 2022 | 13:14
OXUNUB: 4409
"The New York Times” Çinin Rusiyanın hücumundan əvvəlcədən xəbərdar olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, sözgedən qəzetin əldə etdiyi məlumata görə, Çin lideri Putindən Qış Olimpiya Oyunları bitənə qədər gözləməsini istəyib. Pekin bu iddianı dərhal rədd etsə də, Putinin işğal üçün seçdiyi vaxt günün ən çox danışılan mövzularından birinə çevrilib.
 
"The New York Times” sövdələşmənin Rusiya Prezidenti Putinlə Çin Prezidenti Xi Jinping arasında, yoxsa yüksək vəzifəli məmurlar arasında olduğunu dəqiqləşdirməyib. Dünya gündəminə bomba kimi düşən iddiaya Pekin cəbhəsindən cavab gecikməyib. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyui bu iddianı əsassız spekulyasiya və Çini ləkələmək cəhdi kimi qiymətləndirib.
 
Qeyd edək ki, müharibə başlayana qədər Rusiyaya açıq dəstək verən Çin israrla "işğal” ifadəsindən yayınıb və Rusiyanın hücumunu "xüsusi hərbi əməliyyat” adlandırmağa üstünlük verib. 
 
Çinin dövlət mediası "Daily China” dünən Rusiyanın başlatdığı hücum üçün ilk dəfə işğal sözünü işlədib. Bu söz sonradan sözügedən xəbərdən çıxarılsa da, media orqanının "Twitter" hesabında qalıb. 

Əzizə Zeynal 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man