“Kurtlar Vadisi”nin aktrisası pərəstişkarını həbs etdirmək istəyir - Silahla təhdid edilirmiş

Media 03 Mart 2022 | 12:49
OXUNUB: 1140
"Kurtlar Vadisi” serialında prokuror Leyla obrazı ilə yadda qalan Çiğdem Batur obsesif pərəstişkarını yenidən şikayət edib.
 
Sfera.az bildirir ki, aktrisa vəkili vasitəsilə fanatı Erdinç B-nin hərəkətləri ilə bağlı İstanbul Respublika Prokurorluğuna müraciət edib. Sözügedən şəxsə qarşı istintaqı tamamlayan prokurorluq "hədə-qorxu və cinsi təcavüz” maddəsi ilə ümumilikdə 9 aydan 4 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırıb.

İddianamədə Erdinç B-nin Çiğdem Batura heyran olduğu, şübhəlinin daha əvvəl "Twitter”də Batura "Dəniz gözlüm, gülmək insana bu qədərmi yaraşar, sevgilim” tipli mesajlar göndərərək onu narahat etdiyi üçün mühakimə olunduğu bildirilib.

Həmçinin Erdinç B.-nin masanın üzərinə qoyulmuş tapança və onun yanındakı güllələrin şəkillərini, əlində silah olan fotolarını aktrisaya göndərdiyi qeyd olunub. Qarşı tərəf isə açıqlamasında sözügedən "Twitter” hesabından istifadə etmədiyini, onun adına hesab açılmış ola biləcəyini iddia edib.

Qeyd edək ki, dava əvvəl də sosial media hesabında qadın cinayətləri ilə bağlı paylaşımlar edən Çiğdem Batur "Əlimdən gələni edəcəyəm ki, Erdinç B. adlı bu şəxs tez bir zamanda cəzasını alsın”, - deyə söyləmişdi.

Türkan
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man