Ukraynada Putinin adamı: Xalq necə qarşılayacaq?

Media 03 Mart 2022 | 12:38
OXUNUB: 1613
Xəbər verdiyimiz kimi, "Ukrainskaya Pravda” dövlətə xəyanətdə təqsirli bilinən eks-prezident Viktor Yanukoviçin indi Minskdə olduğunu və yaxın vaxtlarda Ukraynaya qayıda və ya onun adından Ukrayna xalqına müraciət üçün xüsusi əməliyyat hazırlana biləcəyi ilə bağlı məlumat yayıb. 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, eks-prezidentə vaxtilə səs verən, onu dəstəkləyən elektoratları bu gün də onu dəstəkləyəcək.

"Rəsmi Mosvka yaxşı bilir ki, Eks-prezident Viktor Yanukoviç 2013-cü ildə hakimiyyətdən inqilab yolu ilə getdi. Yəni o faktiki olaraq qanuni hakmiyyətini başa vura bilmədi. İnqilab sonrası Yanukoviç Ukraynadan qaçmağa məcbur oldu. Rusiya indiki məqamda onu Ukraynaya qaytararaq hakmiyyətinin qalan müddətini davam etdirməsini, əslində isə onun vasitəsi ilə Kiyevi öz təsirində saxlamaq istəyir. Onu da deyim ki, Ukrayna cəmiyyətinin bir hissəsi prezident seçkilərində Yanukoviçə səs vermişdi. Görünür rəsmi Moskva həm də buna arxayındır və düşünür ki, eks-prezidentə vaxtilə səs verən, onu dəstəkləyən elektoratları bu gün də onu dəstəkləyəcək”.

Politoloq Viktor Yanukoviçin yenidən Ukraynada hakimiyyətə gəlmə şanslarını dəyərləndirib:

"Bildiyiniz kimi, hazırda Rusiya ordusu paytaxt Kiyevin bir neçə kilometrliyindədir və şiddətli döyüşlər gedir. Kreml Kiyevi ələ keçirib, Viktor Yanukoviçi hakimiyyətə gətirib, beləcə, onun vasitəsilə Ukraynanı idarə etmək istəyir. Ancaq bu baş versə belə Ukrayna xalqının eks-prezidenti dəstəkləyəcəyini düşünmürəm. 

Birincisi, Yanukoviçin Ukraynada elə də ciddi bir dəstəkçisi qalmayıb. Yəni gec-tez o yenidən hakimiyyətini itirəcək. 

İkincisi, Rusiya faktiki olaraq Ukrayna ərazilərini işğal edir. Ukraynaya vurulan zərəri, döyüşlərdə həyatını itirən şəxslərin sayını nəzərə alsaq, Ukrayna xalqı çətin ki, Rusiyanın vasitəsilə hakimiyyətə gələcək bir prezidenti dəstəkləsin. Söhbət təkcə Yanukoviçdən getmir. Kremlin hakmiyyətə gətirəcəyi istənilən şəxsi Ukrayna xalqı qəbul etməyəcək”.

Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man