İranın sabiq prezidenti Mahmud Əhmədinejad Ukraynanı dəstəkləyib.
Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sabiq ölkə rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək bunları qeyd edib:
"Sizin şərəfli və misilsiz müqavimətiniz bəşəriyyət düşmənlərinin şeytani planlarını puç edir. İnanın ki, böyük İran xalqı sizin qəhrəmanlığınıza heyrandır və yanınızdadır".
İranın keçmiş prezidentinin Rusiya əleyhinə çıxışı maraqla qarşılanıb.
Günay Rəsulqızı
Sfera.az