Rusiya Ümumdünya Turizm Təşkilatından da çıxarılacaq.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Dünya Turizm Təşkilatının (UNWTO ) baş katibi Zurab Pololikaşvili verib.
Baş katib bu məsələnin 8 martda həll ediləcəyini deyib:
"Rusiyanın Ukraynaya qarşı hərbi hücumu UNWTO-nun əsas prinsiplərinə ziddir. Bir neçə Üzv Dövlətin Rusiyanın UNWTO üzvlüyünü dayandırması məsələsini nəzərdən keçirmək xahişindən sonra, mən fövqəladə iclas çağırdım. İcra Şurası 8 Martda bu məsələni həll edəcək”, - deyə paylaşımda qeyd olunub.
Əzizə Zeynal