Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Ukraynadakı vəziyyəti müzakirə edib.
Sfera.az bildirir ki, Kremldən verilən məlumata görə, hər iki lider arasında bu gün telefon danışığı baş tutub. Söhbət zamanı Rusiya Federasiyasının Donbassda mülki əhalinin müdafiəsi üçün həyata keçirdiyi xüsusi hərbi əməliyyat kontekstində vəziyyət gündəmdə olub.
"O cümlədən, Rusiya-Qazaxıstan arasında strateji tərəfdaşlığın və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi də müzakirə edilib”, - deyə məlumatda bildirilib.
Günay Rəsulqızı
Sfera.az