Rubla ikinci zərbəni FED vuracaq

Media 02 Mart 2022 | 14:54
OXUNUB: 1824
Sanksiyalar səbəbindən ucuzlaşan Rusiya rubluna daha bir zərbəni ABŞ mərkəzi bankı (FED) vuracaq. 
 
Sfera.az xatırladır ki, sanksiyalardan sonra dolların rus rubluna qarşı məzənnəsi 83 səviyyəsindən 108 səviyyəsinə qədər yüksəlib. Daha sonra məzənnə 91,5 səviyyəsinə ensə də bu gün yenidən 108,6 həddinə çatıb. 
 
Rubl martda bir qədər də ucuzlaşacaq. Çünki FED-in martda faizləri artırması gözlənilir. Hazırda 0-0,25 olan uçot dərəcəsinin 0,5-0,75 səviyyəsinə qaldırılacağı proqnozlaşdırılır. 
 
Lakin bu da son olmayacaq və 2022-ci il ərzində faizlərə daha bir neçə dəfə artırılacaq. 
 
Faizlərin artırılmasından sonra dolların bahalaşacağı ehtimal edilir. Bu halda dolların rubla nisbətən 120-yə yüksələcəyi proqnozlaşdırılır. 

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man