"Damarına bassalar..." - Putin nüvə silahlarını işə salacaq?

Media 02 Mart 2022 | 12:47
OXUNUB: 2116
Dünən NATO baş katibi Yens Stolberqlə Polşa Prezidenti Andjey Duda birlikdə mətbuat konfransı keçirib. Hər iki diplomat Ukraynaya hərbi yardım göndərməyəcəyini bildirib, onlar bunun hərbi müdaxilə üçün şərait yarada biləcəyini qeyd ediblər.  
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib ki, bir çox Qərb dövlətinin, o cümlədən ABŞ-ın prioritetlərindən biri məhz Kremlin zəifləməsi olsa da,  Qərbin Rusiyanı tamamilə məhv etmək istədiyini demək çətindir:
 
"Çünki bu halda Vaşinqton Pekinlə təkbətək qalacaq. Hazırda isə onun Rusiyadan Çinə qarşı istifadə etmək imkanı var. Heç kim üçüncü dünya müharibəsinin başlamasını istəmir. Elə buna görə də NATO Ukraynanı açıq müdafiə etməməyə çalışır. Əks halda, Moskvanın "damarına basacaqlar" və Putin nüvə silahlarının işə düşməsi barədə əmr verəcək. Bu isə planet üçün ciddi təhlükədir”.

Müsahibimiz qeyd edib ki, Qərb Ukraynanı tamamilə tək qoysa idi, bu qədər müqavimət göstərə bilməzdilər:

"Əlbəttə, dəstək var və bunun gələcəkdə daha da artması istisna deyil.  Bəziləri bunun əksini sübut etməyə çalışsa da, NATO heç bir halda Kiyevi tam tək qoymayacaq. Çünki Qərbə lazım olan Ukraynanın məhvi yox, Rusiyanın zəiflədilməsidir. Bu mənada avropalı diplomatların tərəfləri böhranın diplomatik həllinə çağırışlarının səmimiliyi də şübhə altındadır. Çox güman, hərbi əməliyyatlar  daha bir müddət davam edəcək. Çünki Qərb hələ Kremldən istədiyini almayıb. Ümumiyyətlə, Qərb prosesləri nəzarət altında saxlamağa çalışır. Hərbi əməliyyatlara yalnız Qərbin maraqlarının bu və ya digər formada təmin olunduğu vaxt son qoyulacaq”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man