Ramzan Kadırovun Zelenski ilə bağlı planı baş tutmadı: "V batalyonu" məhv edildi

Media 02 Mart 2022 | 11:25
OXUNUB: 3229
Çeçenistan lideri Ramzan Kadırovun Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün göndərdiyi "V batalyonu" məhv edilib.
 
Sfera.az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Qurumun katibi Aleksey Danilov  çeçen əsilli rus əsgərlərindən ibarət 2 xüsusi qrupun olduğunu qeyd edib: 

"Bir qrup Qostomeldədir, digəri isə məhv edilib. Biz nə prezidentimizi, nə də torpağımızı kiməsə verəcəyik".

Digər tərəfdən, Rusiyanın ən mühüm hədəflərindən biri olan Xarkovun gecə-gündüz bombalandığı bildirilib. Xarkov qubernatoru Aleq Sinegubov çıxışı zamanı Rusiyanın hərbi cinayətlər törətdiyini ifadə edərək, "Bu gün şəhərin mərkəzindəki xəstəxana və universitetə raketlər düşüb. Mülki insanlar apteklərə, bazarlara gedirdilər. Aralarında uşaqlar da olmaqla, mülki insanlar həlak olublar”.

Hava hücumunda çoxmərtəbəli binalara da ziyan dəydiyini bildirən Sinequbov, "Hələ də çoxlu insan dağıntılar altındadır. Bu cür hərəkətlər müharibə cinayətidir və ciddi şəkildə cəzalandırılmalıdır. İnsan həyatı ən qiymətli şeydir. Mərhumların ailələrinə başsağlığı verirəm”, - deyə söyləyib.

Ukraynanın daxili işlər naziri Anton Geraşenko isə Rusiyanın Xarkovda səhər saatlarında həyata keçirdiyi hücumlarda 10 nəfərin öldüyünü, 35-dən çox insanın yaralandığını açıqlayıb.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man