79 yaşlı Baydendən daha bir tarixi yanlış: Ukraynalıları iranlılarla səhv saldı

Media 02 Mart 2022 | 11:06
OXUNUB: 1669
ABŞ prezidenti Co Bayden son çıxışı zamanı qalmaqallı səhvə yol verib.
 
Sfera.az bildirir ki, Rusiyanın Ukraynaya hücumları ilə bağlı açıqlamalar verən Bayden çıxışı zamanı "ukraynalılar” əvəzinə "iranlılar” deməsi  isə müzakirə obyektinə çevrilib. Belə ki, o, "Millətlərimiz arasında dərin əlaqələr quran ukrayna əsilli amerikanlar, sizikləyik. Putin Kiyevi tanklarla mühasirəyə ala bilər, lakin o, heç vaxt İran xalqının qəlbini fəth etməyəcək”, - deyə qeyd edib.

Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova da Baydenin çıxışını ölkə başçısının həyat yoldaşı Cil Baydenin yanında izləyib. Digər tərəfdən, Konqres üzvləri Ukrayna ilə həmrəylik əlaməti olaraq yaxalarına Ukrayna bayrağının rəngləri olan mavi və sarı lentlər taxıblar.
 
Xatırladaq ki, 79 yaşlı Co Bayden daha öncə də etdiyi səhvlərlədünya mediasının gündəminə oturub. 

Günay Rəsulqızı
Sfera.az 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man