Kanada İcmalar palatasını üzvü Çarli Anqus Rusiyanın Kanadadakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsini təklif edib.
Sfera.az xəbər verir ki, Ç.Anqus səfirliyin yerləşdiyi ərazinin adının Ukrayna Prezidenti Vladimir Zelenskinin adı ilə əvəz edilməli olduğunu bildirib:
"Rusiyanın Kanadadakı səfirliyi Ottavada "Charlotte Street 285” ünvanında yerləşir. Niyə onun adını Vladimir Zelenski qoymuruq? Bu andan etibarən Vladimir Zelenski Rusiyanın dünya ilə münasibətlərini yenidən müəyyənləşdirdi”.
Əzizə Zeynal
<!--
EndFragment
-->