Müğənni Oğuzhan Koç haqqında inanılmaz iddia ortaya atılıb.
Sfera.az bildirir ki, türkiyəli səs sənətçisi və yazar Onur Akay aktrisa Demet Özdemirlə evlilik hazırlıqlarına hazırlaşan Koçun yaraşıqlı bəy olmaq üçün bıçaq altına yatdığını irəli sürüb.
Onun sözlərinə görə, ifaçı qarın və omba yağlarını aldırıb:
"Oğuzhan əməliyyatdan sonra liposaksiya etdirdiyi nahiyələrində göyərmələr olduğu üçün problem yaşayır. İndilərdə müğənni evdə istirahət edir. Amma baş gicəllənməsi və ağrı kimi çətinlikləri var. Koç mütəmadi olaraq masaj etdirir və korset də taxırmış”.
Oğuzhan isə bu iddialara "Instagram" hesabında fotoşopla kökəldilmiş halını paylaşaraq cavab verib. Müğənni bununla da, yağ aldıracaq qədər kök olmadığına diqqət çəkib.
Xatırladaq ki, Oğuzhan Koç ötən həftələrdə Özdemirə evlilik təklif etmişdi.
Türkan
Sfera.az