Rusiyadan zərbə planı: Ukraynadakı 4 aktiv Atom Elektrik Stansiyasını vuracaq?

Media 01 Mart 2022 | 16:16
OXUNUB: 7138
Rusiyanın Ukraynaya hərbi müdaxiləsində ilk hədəflərdən biri də Çernobıl Atom Elektrik Stansiyası oldu və qısa müddətdə ərazidə nəzarəti ələ ala bildi. Ötən gün isə elan edildi ki, guya Ukrayna AES-in elektriyini kəsib və bununla da, stansiyada soyuducu matorlar, su nasoslarının işləməsində problem yaranıb. 
 
Digər tərəfdən,Ukrayna hökuməti Çernobıl AES-in İstisna Zonasından radiasiya göstəricilərinin artdığını qeyd edib. Bir sözlə, yeni müharibə şəraiti  "yeni Çenobıl faciəsi yarana bilərmi?" sualını ortaya çıxarıb.
 
Sfera.az bildirir ki, hazırkı proses mümkün ekoloji fəlakətlər barədə xəbərdarlıq edən mütəxəssisləri də narahat edib.  Beynəlxalq Amnistiya Təşkilatının Böhran və Ətraf Mühit Departamentinin rəhbəri Riçard  Pirsausun sözlərinə görə, Ukraynanın şərqi yüksək sənayeləşmiş kimya fabrikləri, dağılmış mədənlər və istilik elektrik stansiyaları ilə doludur:

"Müharibənin başqa növ ekoloji fəlakətə səbəb ola biləcək potensialı çox böyükdür və bu, Rusiya hücumunun Ukraynada onsuz da yaratdığı dəhşətli humanitar böhranı daha da gücləndirə bilər. Hələlik görünür, Ukrayna və Rusiya qüvvələri reaktorda vəziyyəti nəzarətdə saxlamaq üçün birgə işləyirlər. Nüvə reaktorlarını bağlamaqla potensial riski azaltmaq mümkün olsa da, Ukrayna elektrik enerjisinin 50%-dən çoxunu nüvə enerjisindən asılıdır. Onların fəaliyyətini dayandırmaq humanitar böhranı yenidən pisləşdirən amil olacaq”.

Beynəlxalq Nüvə Təhlükəsizliyi Forumunun Məşvərət Şurasının üzvü,  analitik Samuel M. Hikey və həmkarı Monika Montqomeri isə Çenobıl AES-lə bağlı gözlənilən təhlükənin kiçik olduğunu deyib:

"Çernobıl böyük bir təcrid zonasının içərisindədir - onun əsas əhali mərkəzlərindən uzaqlığı ikinci nüvə qəzasının nəticələrini yüngülləşdirəcək.  Rusiyanın qəsdən hər hansı reaktoru hədəf alması isə çətindir. Digər tərəfdən, BMT-nin nüvə nəzarəti orqanı (MAQATE) daha yüksək radiasiya ölçmələrinin "ictimaiyyət üçün heç bir təhlükə yaratmadığını” təsdiqləyib”.

Britaniyalı akademik, Karnegi Beynəlxalq Sülh Fondunun Nüvə Siyasəti Proqramının direktor müavini Ceyms Anton söyləyib ki, Çernobıl hazırda Ukraynada ən böyük nüvə problemi olmaya bilər:

"Daha narahatedici məqam ölkədə mövcud olan və Çernobıldan daha çox yanacaq ehtiva edən dörd aktiv atom elektrik  stansiyasıdır. Çernobılın ələ keçirilməsi isə sadəcə Rusiyanın "bütün Ukraynanı və ya heç olmasa, bütün şərqi Ukraynanı fəth etmək” cəhdinin nəticəsidir, yəni nüvə obyektinin ələ keçirilməsinin strateji, simvolik və ya siyasi səbəbi yoxdur”.

Xatırladaq ki, 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında güclü nüvə partlayışı baş verib. Hadisə zamanı 7000-ə yaxın insan ölüb, 25 000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man